01
İnfrastrukturun düzgün aparılması / dizaynı, yüksək keyfiyyətlə tətbiqi, lazımi testlərin edilməsi / qanuni sənədləşmənin həyata keçirilməsi işimizin prioritetidir.
Resursları bölüşmək üçün birdən çox kompüterin bir-birinə qoşulduğu sistemə şəbəkə deyilir. Bu şəbəkə sistemini idarə edən kompüterlərə server və serverdə işləyən və bütün şəbəkəni idarə etmək qabiliyyətinə malik olan əməliyyat sisteminə Şəbəkə Əməliyyat Sistemi (NOS) deyilir.
Virtual IT infrastrukturu müəssisə mühitini təşkil edən proqram təminatı ilə müəyyən edilmiş komponentlər toplusudur. Virtual IT infrastrukturu fiziki resurslarla eyni IT imkanlarını təmin edir. IT komandaları bu virtual resursları proqram təminatı ilə müəssisənin müxtəlif ehtiyaclarına əsaslanaraq tez və çoxlu sistemlər arasında bölüşdürə bilirlər.
Virtual IT müəssisə mühitini təşkil edən proqram təminatı ilə müəyyən edilmiş komponentlər toplusudur. Bulud texnologiyaları istifadəçiyə xidmət şəklində İnternet və ya lokal şəbəkə vasitəsilə əlyetərli olan proqram-aparat təminatıdır. Fiziki server xüsusi məxfilik və təhlükəsizlik tələb edən yüksək trafikli saytlar üçün ideal bir seçimdir.
Virtual Private Network termini "Virtual Şəxsi Şəbəkə" olaraq tərcümə edilə bilər. Ən təməl mənada, gerçək IP adresinizi gizlədərək fərqli bir IP ünvanı vasitəsilə internetə qoşulma imkanı verən bir xidmətdir.
Hər bir şirkət böyük miqdarda məlumat toplamaq, emal etmək və göndərmək ehtiyacı olduqda əlavə şəbəkə avadanlığına ehtiyac duyur. Bu avadanlıqlara serverlər, genişzolaqlı sabit internet xətti, marşrutizator, kommutator kabel kimi bahalı avadanlıqlar daxil ola bilər. Kompüter şəbəkəsi, hər hansı bir mürəkkəb sistem kimi peşəkar texniki xidmət tələb edir. Məlumatların dəqiq və müntəzəm arxivləşdirilməsi və sistemin xarici hücumlardan qorunması zəruri xidmətlərdən biridir. ArtTech müştərilərinin kompüter şəbəkələrinin optimal işləməsini təmin etmək üçün bütün lazımi avadanlıq və xidmətlərə malikdir.
02
Backup - ehtiyat nüsxə müəyyən bir cihazın, xarici yaddaş cihazlarının, fiziki və ya virtual serverlərin məlumatlarının ehtiyat nüsxəsidir və beləliklə məlumatlarınızın fəlakətlərdən sığortalanmış şəkildə saxlanılan nüsxəsidir.
Mini ATS-nin quraşdırılması və proqramlaşdırılması şəhər nömrələrinin çatışmamazlığını həll etməklə və müəssisəyə daxil olan zənglərin emalı prosesini optimallaşdırmaqla müştərilərə xidməti yaxşılaşdırmağa imkan verir.
03
Veb saytın və korporativ e-maillərin keyfiyyətli xidməti onların maksimum səmərəliliyinin və şirkətin kommersiya reputasiyasının əsasını təşkil edir. Təqdim olunan məlumatların cəlbedici olması, bütün funksiyaların səmərəli işləməsi və korporativ elektron məktubların daim işləməsi peşəkar texniki dəstək və müntəzəm nəzarət tələb edir. ArtTech müştərilərinin veb-saytlarına və korporativ e-maillərinə verdiyi əhəmiyyəti başa düşür və buna görə də bu xidmətlərə göstərilən səylə dəstəkdə prioritet elan edilib. Veb saytların yüksək effektivliyi və korporativ e-maillərin vaxtında, düzgün işləməsi müştərilərə nüfuzlu və etibarlı şirkətlə işləməyə imkan verir. ArtTech peşəkar komandası və texnoloji infrastrukturu ilə bu xidmətləri ən yüksək səviyyədə təqdim etməyə diqqət yetirir.
04
Şəbəkə təhlükəsizliyi şəbəkələrin təhlükəsizliyini təmin edən sistemdir. Şəbəkə təhlükəsizliyi şəbəkəni qorumaq və təmin etmək üçün bir çox müxtəlif texnika və üsulları əhatə edir. Bu üsullara şifrələmə, girişə nəzarət, yeniləmə və yeniləmələrin idarə edilməsi, firewall kimi tədbirlər daxildir. Bunlar şəbəkə resurslarına girişi məhdudlaşdırmaq, təhlükəsizliyi təmin etmək və şəbəkəni qorumaq üçün tədbirlər görmək üçün istifadə olunur.