Peşəkar Rəqəmsal Xidmətlər Server, Kompüter, Şəbəkə, E-mail, Veb sayt, ERP

ArtTech-in prioritet olaraq öncəliyi müştəri məmnuniyyətidir. ArtTech müştərilərinə şirkətlərinin məhsuldarlığını artırmaq üçün səmərəli və təhlükəsiz IT mühiti eləcə də IT mütəxəssislərinin xidmətlərini təqdim edir. Bu zaman hər bir müştəri üçün fərdi həllər təklif edilir və onların tələblərinə uyğun olaraq xidmət göstərilir. Şirkətimizin müştərilərə kritik anlarda köməklik göstərəcək mövcud olan dəstək qrupu da var. Siz də müştəri məmnuniyyəti, səmərəlilik və təhlükəsizliyin keyfiyyətini yaşamaq üçün şirkətinizin IT xidmətlərini bizə etibar edin.

Banner

Biz kimik?

ArtTech, texnoloji problemlərin həlli və planlaşdırılması üzrə ekspertlər komandasına malik IT Servis şirkətidir. O, istehsal, səhiyyə, təhsil və digər sektorlarda kiçik və böyük bizneslərin ehtiyaclarına uyğun IT həllər təklif edir. ArtTech, müştərilərinə ən yaxşı xidməti təqdim etmək üçün texnoloji həlləri ilə müştəri yönümlü yanaşmanı mənimsəyən bir şirkətdir. O, hər bir müştəri üçün ən uyğun IT həlli tapmağa çalışır və müştərilərinin yerli biznes ehtiyaclarına uyğun həllər təklif edir.

Xidmətlərimiz

IT Xidmətləri

Şirkətinizin IT infrastrukturunu ( server, kopüter, şəbəkə ) və IT servislərini ( E-mail, Veb sayt, ERP) ArcTech-ə etibar etməyin zamanıdır!

Server xidmətləri

Bu xidmət daxilində təkliflərimiz müxtəlifdir:

  • Server infrastrukturunun qurulması və tənzimlənməsi.
  • Server Əməliyyat Sistemlərinin və Servislərinin yazılması və tənzimlənməsi.
  • Virtual IT infrastrukturunun qurulması və idarə olunması.
  • Virtual, Bulud və Fiziki serverlərin kirayəsi.
  • VPN (Virtual Private Network) Serverlərin qurulması.

Şəbəkə və Təhlükəsizlik Sistemləri

Bu xidmət daxilində təkliflərimiz müxtəlifdir:

  • Firewall cihazlarının quraşdırılması və konfiqurasiya edilərək şəbəkə təhlükəsizliyinin təmin edilməsi
  • Mərkəzi Antivirus və Təhlükəsizlik sisteminin qurulması
  • İnformasiya təhlükəsizliyinin təminatı
  • IP Telefoniya sisteminin qurulması
  • Lokal (Ofis daxili şəbəkə) şəbəkələrinin qurulması
  • Şirkətlərin İKT infrastrukturunda yaranmış problemlərin aşkarlanıb həll edilməsi
  • Təhlükəsizlik kameralarının quraşdırılması

Veb sayt və E-mail Sistemləri

Bu xidmət daxilində təkliflərimiz müxtəlifdir:

  • Korporativ elektron poçtun (Mail Server) yaradılması və tənzimlənməsi
  • Veb saytların hazırlanması, seo təkmilləşdirmə, domen və hosting xidmətləri

Informasiya sistemlərinin nüsxələnməsi (Backup)

Backup müəyyən cihazda - kompyuterdə , xarici yaddaş qurğularında , enterprise storage-lərdə , fiziki və yaxud virtual serverlərdə saxlanılan və ya istifadə edilən informasiyanın ( data , media və ya ofis faylları , application faylları və s. ) ehtiyyatda saxlanılan nüsxəsi , bir növ sizin dataların fəlakətlərdən sığortalanmış şəkildə saxlanılan nüsxəsidir . İstər fərdi, istərsə də enterprise mühitlərdə dataların zədələnməsi və ya tamamilə itməsinin qarşının alınması üçün backup vacibdir.

Bizə sualınız var?